Müavinət və Prezident təqaüdü ilə bağlı rəsmi məlumat

saytların hazırlanması

Evə çatdırılma

Müavinət və Prezident təqaüdü ilə bağlı rəsmi məlumat

Sosial

15 İyul 2026 16:48 121


İbirinci yarımildə dövlət büdcəsi hesabına 1 milyon 39 min şəxsə 1 milyard 126 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.

"Yeni Sabah" DSMF-ə istinadla xəbər verir ki, onlardan 505 min nəfərə müavinət olaraq 634 milyon manat, 405 min nəfərə Prezident təqaüdü olaraq 407 milyon manat, 129 min nəfərə sosial sığorta hesabına müavinət olaraq 85 milyon manat ödəniş həyata keçirilib.

Ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən müavinətlər üzrə 15 faiz, təqaüdlər üzrə 17 faiz, sosial sığorta hesabına müavinətlər üzrə 6 faiz çox olub. pizza sifarişi

Bu ilin 6 ayında daha 75 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 954 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!