Azərbaycanlı iş adamı Palmali Çirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov gəmilərindən birinə Əbülfəz Elçibəyin ( Azərbaycanın eks-prezidenti) adının veriləcəyini bildirib.
“Yeni Sabah” xəbər verir ki, iş adamı bu haqda səhifəsində məlumat verib.
“Biz Cümhuriyyətimizin 100 illiyi ilə bağlı yeni gəmimizin adının Məhəmməd Əmin Rəsulzadə qoyduğumuzu bildirmişdik. Eyni zamanda 2004-cü ildən etibarən “Heydər Əliyev” gəmimiz dünya sularında üzməkdədir. Hər üç şəxsiyyət bizim üçün əziz olduğundan Əbülfəz Elçibəyi də unutmamağa və unutdurmamağa qərar verdik. Bu ilin aprel ayında, gəmilərimizdən biri bu böyük şəxsiyyətin Əbülfəz Elçibəyin adını daşıyacaq. Beləliklə, 20-ci əsrdə yaşamış hər üç şəxsiyyətin adını daşıyan gəmilərimiz dünya sularında üzəcəklər. Mustafa Kamal Atatürk deyirdi ki, tarix yazmaq tarixi yaratmaq qədər mühümdür. Bu baxımdan yazanlar yaradanlara sadiq qalmalı, nə kimsənin rolunu azaltmalı, nə də artırmalıdırlar. Tarixə sayğı gələcəyə yatırımdır. Tarixi olmayanın gələcəyi də olmaz”. Dördpendirli pizza
Əsmər Qabil
Telegram kanalımız