“Müdafiə xətlərimiz etibarlı deyil” -  Erməni nazir

saytların hazırlanması

Evə çatdırılma

“Müdafiə xətlərimiz etibarlı deyil” - Erməni nazir

Rəsmi

15 Mart 2023 13:17 1041


“Müdafiə xətlərimiz mükəmməl vəziyyətdə deyil, lakin onları gücləndirmək üçün hər şey edirik”. 

Yenisabah.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu sözləri Ermənistanın müdafiə naziri Suren Papikyan parlamentdə çıxışı zamanı deyib. 

Ermənistan Milli Məclisində müxalifət deputatlarının müdafiə xəttinin acınacaqlı vəziyyəti ilə bağlı iradına cavab verən nazir bildirib ki, xəttin gücləndirilməsi istiqamətində iş dayanmayıb, davam edir.

Papikyan əlavə edib ki, müdafiə xətlərinin bir çoxunda sentyabrda Azərbaycanla baş verən toqquşmalardan sonra tam təchizat və avadanlıqlara ehtiyac duyulur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!