Müddətli həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb.
“Yeni Sabah” xəbər verir ki, yanvarın 1-dən başlanmış növbəti həqiqi hərbi xidmətə çağırış başa çatıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi ay ərzində müvəffəqiyyətlə yekunlaşıb. Pepperoni pizza
Sərəncama əsasən, 1984-2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2019-cu il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıblar.
.
Telegram kanalımız