“Müəllimlər üçün nəzərdə tutulan vahid geyim forması çox müsbət bir ideyadır. Şagirdlərin vahid geyimi olduğu kimi, müəllimlər üçün də vahid geyim yaxşı haldır. Çünki dərs prosesi zamanı şagirdlərin diqqəti dərsdən yayınmaz”.
Bu sözləri “Yeni Sabah”a modelyer Şəlalə Maqsudova bildirib.
Qeyd edək ki, mövzu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna dəyişiklikdə əksini tapıb. pizza hut
Geyim fərdi seçim olsa da, Ş.Maqsudova hesab edir ki, müəllimlərin məktəbə fərqli və qeyri-rəsmi geyimlə gəlməsi şagirdlərin diqqətini dərsdən daha çox müəllimin geyiminə yönəldir.
Onun sözlərinə görə, nümunələr hələlik təsdiqlənməsə də vahid formada rahatlıq və funksionallıq ön planda olmalıdır:
“Müəllimlər üçün nəzərdə tutulan forma klassik və müasir üslubun vəhdətini özündə birləşdirməlidir. Belə geyimlərdə rahatlıq və funksionallıq ön planda olmalı, material seçimi düzgün aparılmalıdır.
İndiki parçaların əksəriyyəti sintetik olduğu üçün bu cür formalarda onlardan istifadə məsləhət görülmür. Çünki müəllim geyimi gün ərzində uzun müddət əyində olduğu tərləmə və narahatlıq yarada bilər. Bu baxımdan parçaların keyfiyyəti xüsusilə önəmlidir”.
Moldelyer qeyd edib ki, vahid geyimdə rəng seçiminin iki variantda olması məqsədəuyğundur:
“Dərs prosesi həm yay, həm də qış aylarını əhatə edir. Yay mövsümündə tünd rəngli geyimlər uyğun sayılmaya bilər, qış mövsümündə isə daha münasib ola bilər. Buna görə də rəng dəyişikliyi nəzərə alınmalıdır. Yaxşı olardı ki, qış fəslində eyni formanın şalvarlı versiyası, yayda isə ətəkli (və ya daha yüngül) variantı istifadə olunsun”.
Cəlalə Cəlalqızı
Telegram kanalımız