Müəllimlərin maaş artımı bu tarixdə ödəniləcək - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Müəllimlərin maaş artımı bu tarixdə ödəniləcək - RƏSMİ

Sosial

30 Mart 2023 14:58 1487


Məlum olduğu kimi, bu il fevralın 23-də Prezident İlham Əliyev müəllimlərin əməkhaqlarının 10 faiz artırılması ilə bağlı Sərəncam imzalayıb.

Müəllimlər isə həmin sənədə əsasən, fevralın 1-dən tətbiq edilməsi nəzərdə tutulan artımları hələ də ala bilmədiklərini deyirlər. Onlar bildirir ki, maaşları verilsə də, artım əlavə edilməyib. 

“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən (ETN) "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, müəllimlərin maaş artımları yaxın günlərdə ödəniləcək: "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, həmçinin dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin vəzifə maaşlarının artımları yaxın günlərdə ödəniləcək". Dördpendirli pizza

Rəsmi məlumata görə, sözügedən kateqoriyadan olan şəxslərə fevral-mart maaşları tam olaraq köçürülüb: "Yaxın günlərdə isə iki ay üzrə artımlar tam olaraq ödəniləcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!