Muğam Müsabiqəsinin dinləmələrinə başlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Muğam Müsabiqəsinin dinləmələrinə başlanılıb

Şou

01 Fevral 2019 03:20 1101


Heydər Əliyev Fondunun dəstəyi ilə iki ildən bir təşkil olunan VII Muğam Televiziya Müsabiqəsinin dinləmələrinə başlanılıb.

Müsabiqənin ilk dinləmələrinə Bərdədən başlanılıb. Altı rayon üzrə 63 yeniyetmə və gənc öz istedadını nümayiş etdirib. Onlardan 12 nəfəri seçim turuna vəsiqə qazanıb.

Bölgələr üzrə növbəti seçim turu Gəncə şəhərində olub. Dinləmələr zamanı Samux, Goranboy, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Kəlbəcər və Xocalıdan olan 30-a yaxın ifaçı iştirak edib. Onlar xalqımıza xas olan muğamı özlərinə məxsus şəkildə təqdim ediblər. pizza hut

Həyəcan, təşviş və ən çox da ustad sənətkarlar qarşısında ifa etmək məsuliyyəti iştirakçılarda narahatlıq hissi oyatsa da, belə bir müsabiqədə iştirak etməkdən qürur hissi keçirdiklərini gizlətməyiblər.

Xatırladaq ki, müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!