Müğənni efirdə əsəbiləşdi: Gərək meyitimin üstündən keçsin!

saytların hazırlanması

Evə çatdırılma

Müğənni efirdə əsəbiləşdi: Gərək meyitimin üstündən keçsin!

Şou

31 Oktyabr 2024 22:18 1765


“Kimsə övladımı əlimdən almaq üçün meyitimin üstündən keçməlidir”.

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Aytac Vidadiqızı Azad Azərbaycan Televiziyasında yayımlanan “Rəngarəng səhər” verilişində aparıcı Zaur Nəbioğlunun suallarını cavablandırarkən deyib.
O, həyat yoldaşından rəsmi qaydada boşandığını təsdiq edib:

“Hər şey bitib. Övladlarım ataları ilə telefonla danışırlar. Şəxsi əlaqəm isə yoxdur”.

Aparıcı müğənniyə sual verib ki, bir zamanlar övladınızı əlinizdən almaqla bağlı sizə hər hansı şantaj olunubmu? O isə cavabında bunu təkzib edib: Marqarita pizza

“Yanlış xəbərdir. Mənim gərək meyidimin üstündən keçsinlər ki, övladımı da əlimdən alsınlar. O mümkün deyil”.

Qeyd edək ki, müğənninin həyat yoldaşı artıq bir neçə ildir ABŞ-də yaşayır.

Aytac Şahin

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!