Müğənni evini soyan Səbinə barədə: “Onu bağışlayıram, övladı var...” - Video

saytların hazırlanması

Evə çatdırılma

Müğənni evini soyan Səbinə barədə: “Onu bağışlayıram, övladı var...” - Video

Şou

04 Oktyabr 2019 10:50 1539


Dünən müğənni Fuad Musayev bir müddət bundan əvvəl evini qarət edən və sosial şəbəkələrdə müzakirələrə səbəb olan Səbinə Atakişiyeva barədə danışıb.

"Yeni Sabah" “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, “Maşın”da tribunaya çıxarkən iki nəfərlə əlbir olub evindən 1800 dollar götürən Səbinəni bağışladığını söyləyib:

“Mən rahat deyiləm, bir məqamı sizə danışmaq istəyirəm. Bildiyiniz kimi, bu yaxınlarda mətbuatda xoşagəlməz yazılar çıxdı. Evim qarət olunmuşdu. Oğrular arasında bir qız da var idi. Ola bilər o insan yolunu azıb, bilmədən bunu edib.  Qızın anasının göz yaşlarını görüb çox pis oldum. Səbinəni bağışlamaq istəyirəm. Ona şans vermək istəyirəm, balaca övladı var. Çox xahiş edirəm, Səbinəni həbs etməyin”.   Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!