Müğənni Kərim 22 min manatlıq dələduzluğa məruz qaldı - Video

saytların hazırlanması

Evə çatdırılma

Müğənni Kərim 22 min manatlıq dələduzluğa məruz qaldı - Video

Şou

12 Fevral 2025 22:54 474


Müğənni Kərim Abbasov dələduzluğa məruz qaldığını deyib.

Yenisabah.az xəbər verir ki, bu barədə o, ARB TV-nin “Günə Bax” verilişində danışıb.

“İlin altı ayını işləyirik, altı ayını evdə otururuq. Dedim ki, mən də əlavə bir iş görüm, pul qazanım. Qardaş, düşdüm bir dələduzun əlinə. Dominos pizza

Murad adlı şəxs mənimlə işləmək istədiyini bildirdi. Dedim ki, ehtiyac yoxdur, sən nə iş bacarırsan?  O da dedi ki, heyvandarlığı bacarıram. Heyvanları cox sevirəm, onlara məhəbbətim var.  Getdim yaşadıqları Nefçala rayonu Qaraqaşlı kəndinə anasi ilə danışdım. Siz fikirləşin ki, tanımadığım adamla iş qurdum. Dörd ay ərzində hər şey əla idi. Sonra bu adamı tanıyanlar mənə yazırdılar ki, Kərim bəy siz kiminlə iş görürsünüz, bir dayanın, gözləyin bu qədər pul tökməyin. Siz bilmirsiniz bu adam kimdi? Dörd ayın tamamında  mən “stop” verdim. Bundan sonra bunun sifəti çöndü. Mənim aldığım heyvanı satdı. Aldığım maşını özəlləşdirib satdı.  22 min manat mənə ziyan vurub. Kiməsə bu pul az görünə bilər, amma mən bu pulu alın təri ilə qazanmışam.

 Heyvan oğurlanan gün gecə saat 1-də Nefçala rayon polis idarəsinə gedib ərizə yazmışam. İki aydır heyvan tapılmır, iki aydır maşın yoxa çıxıb və adam məni silahla təhdid edir. Haqlı olaraq haqsız duruma düşmüşəm. Görəsən, mən bu qədər oğurluq etsəydim, rahat gəzə bilərdim? Mənə zəng edib deyir ki, görürsən mənə heç nə etmədilər. Bax bu məni yandırır” - Kərim bildirib.

Daha ətraflı video məlumatı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!