Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Müğənni Kərim karantin qaydalarını pozub 4 ay sonra səhnəyə çıxdı - Video
15 İyn 2020 22:17
843

Müğənni Kərim karantin qaydalarını pozub 4 ay sonra səhnəyə çıxdı - Video

Azərbaycanda koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə karantin rejimi tətbiq olunmasına baxmayaraq, bəziləri buna əməl etmir. 

Yenisabah.az xəbər verir ki, karantin rejimini pozan şəxslər arasında şou-biznes nümayəndələrinə də rast gəlmək mümkündür.

Belə ki, indiyədək Manaf Ağayevin sosial məsafəyə əməl etməyərək iftar süfrəsi açması, rəqqasə Renkanın (Rəna Ağamuradova), aktrisa Pərvin Abıyevanın ad günü tədbirlərində iştirak etməsini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb və birmənalı qarşılanmayıb.

Bu dəfə isə müğənni Kərim Abbasov Novxanıda yerləşən "Resttime" restoranının müştəriləri üçün səhnəyə çıxıb. Bunu təsdiqləyən görüntüləri ifaçı ötən gün şəxsi instaqram hesabında paylaşıb. O, 4 ay sonra səhnəyə çıxdığını paylaşımında qeyd edib.

Videodan göründüyü kimi, müştərilər karantin rejiminin bir neçə tələbini kobud şəkildə pozublar. Əvvala, karantin rejimi ilə əlaqədar Azərbaycanda toyların, ad günü mərasimlərinin və bu cür əyləncələrin təşkilinə icazə verilmir. Bundan başqa, 10 nəfərdən artıq şəxsin bir yerə toplaşmamalıdır. Eyni zamanda müştərilər kafe və restoranlarda sosial məsafə qaydalarına əməl etməlidir. 

Xatırladaq ki, bundan əvvəl rəqqasə Renkanın qatıldığı ad günü partisinin 11 iştirakçısı İnzibati Xətallar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq cərimələnmişdi. Bundan başqa, obyekt sahibinə 1500 manat cərimə kəsilmişdi.  /Qafqazinfo

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər