Müğənni qız almaram deyən Pünhan nişanı geri qaytarıb? –   “Allah ona lənət eləsin!”

saytların hazırlanması

Evə çatdırılma

Müğənni qız almaram deyən Pünhan nişanı geri qaytarıb? – “Allah ona lənət eləsin!”

Şou

28 Aprel 2026 12:47 836


Xəbər verdiyimiz kimi, müğənni Pünhan Piriyev ötən həftə Mələk adlı xanımla nişanlanıb.

Sənətçinin nişan görüntülərinin sosial mediada yayılmasından sonra ailələr arasında anlaşmazlıq yarandığı və cütlüyün ayrıldığı iddia edilib.

“Yeni Sabah” xəbər verir ki, Pünhan Piriyev AZXEBER.COM-a verdiyi açıqlamasında iddiaların yalan olduğunu deyib:

"Ümumiyyətlə, mən şəxsi həyatım haqqında danışmağı sevmirəm. Ona görə də bu xəbəri gizli saxlamışdım. Kim bunu sosial şəbəkədə yayıbsa, Allah ona lənət eləsin". 

Müğənni nişanlısı ilə ayrılması xəbərini də təkzib edib: 

"Nə üçün kiminsə ailə həyatı maraqlı olmalıdır? Yalan xəbər yayanlar bundan nə qazanırlar? Belə bir şey yoxdur, hər şey qaydasındadır. İnşallah, toyum olanda onu deyən bədxahlar paxıllıqdan yanıb-töküləcəklər.”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!