“Mən necə sübut edim?! Axı videoya çəkməmişəm...“   - Vasif əsəbləşdi

saytların hazırlanması

Evə çatdırılma

“Mən necə sübut edim?! Axı videoya çəkməmişəm...“ - Vasif əsəbləşdi

Şou

29 Dekabr 2021 17:35 12041


Müğənni Xatirə İslam bir neçə gün öncə qazi ailələri üçün Yeni il hədiyyəsi alması sosial şəbəkədə fərqli rəylər doğurub.

Bu görüntünü İnstaqram səhifəsində yayımlayan sənətçi digər həmkarlarından onun ənənəsini davam etdirmələrini istəyib. Lakin sosial şəbəkə izləyiciləri bu paylaşımına görə Xatirənin yıxıb-sürüyüblər.

Yeri gəlmişkən, daha sonra "challenge"i əməkdar artistlər Vasif Məhərrəmli və Könül Kərimoyava ötürərək ənənəni davam etdirmələrini istəyən ifaçıya yazılan tənqidi şərhlər günlərdir bitmək bilmir. Toyuqlu pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Vasif Məhərrəmli həmkarından sonra yardım kampaniyasını həyata keçirdiyini deyib:

“Xatirə İslamdan sonra mən də yardım etdim, amma bunu videoya çəkmədim. Niyə müğənniləri bu mövzuda hər dəfə tənqid edirlər, - anlamıram. Edirsən, vay-şivən, etmirsən, vay-şivən. Çəkib paylaşırsan, deyirlər: “Özünü göstərir”, çəkməyəndə də deyirlər: “Niyə yardım etmir?” Yaxşı, bəs nə edək? Paylaşırsan, yazırlar: “Sağ əlin verdiyini sol əl bilməməlidir”, “Niyə reklam edirlər?” 

İndi desəm ki, yardım etmişəm, inanacaqlarmı? Bəziləri deyəcək, etmisənsə, sübut elə. Mən necə sübut edim?! Axı videoya çəkməmişəm. Paylaşanda, deyirlər: “Paylaşma, Allah yolunda edirsən, niyə göstərirsən?” Elə bu dəqiqə əlimdə yardım qutuları var, evimdəyəm, yardımlar hazırlayıram ki, göndərim”.

Əsmətxanım Rzazadə

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!