Müharibə əlilləri ödənişləri sabah alacaq 

saytların hazırlanması

Evə çatdırılma

Müharibə əlilləri ödənişləri sabah alacaq 

Sosial

02 Avqust 2022 12:59 1017


"Bu gün ərzində elektron sistemlər üzərindən 11 000-dək Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələr həyata keçiriləcək".

Yenisabah.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir deyib ki, sabah vəsait həmin şəxslərin ödəniş kartlarında olacaq. Dominos pizza

"Həmin şəxslər I dərəcə əlilliyə görə – 8 800 manat, II dərəcə əlilliyə görə – 6 600 manat, III dərəcə əlilliyə görə – 4 400 manat alacaq. Bu ödənişlər vətəndaş-məmur təması olmadan elektron sistemlər üzərindən həyata keçiriləcək", - S.Babayev qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!