Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətinə hücum etməsi nəticəsində bölgədə döyüşlər davam edir.
Yenisabah.az “Sputnik”ə istinadla xəbər verir ki, Qrayvoron yaşayış məntəqəsi atəşə tutulub və naməlum tank Ukrayna tərəfdən Qrayvoronski rayonundakı nəzarət-buraxılış məntəqəsinə daxil olub.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətindəki sərhəd-buraxılış məntəqəsinə hücum etmək üçün Qərbin tədarük etdiyi “Humvee” və “MaxxPro” zirehli maşınlarından istifadə edib. pizza
Yerli KİV yazır ki, Ukrayna Silahlı Qüvvələrinin sərhəddəki aktivliyi RF Silahlı Qüvvələrini əks-hücum hazırlığından yayındırmaq cəhdidir.
Həmçinin sosial şəbəkələrdə 7-8 ədəd zirehli texnikadan ibarət kolonun Ukrayna ərazisindən Belqorod vilayətinə daxil olması ilə bağlı kadrlar yayılıb.
Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin tərkibində vuruşan və Ukraynaya könüllü olaraq qaçmış Rusiya hərbçilərindən ibarət “Rusiya Azadlıq Legionu” adlanan bölmənin döyüşçüləri Belqorod vilayətinə həyata keçirilmiş basqın üçün məsuliyyəti öz üzərinə götürüblər.
Qeyd edək ki, hazırda mövcud olan məlumata görə, bu qruplaşma bu vaxta qədər Rusiya tərəfindən terror təşkilatı kimi tanınmayıb və ya Rusiya ərazisində qadağan edilməyib.
Kremlin mətbuat xidmətinin yaydığı məlumatda isə bildirilir ki, prezident Vladimir Putinə Ukrayna hərbi qüvvələrinin Belqorod vilayətinə soxulmaq cəhdi barədə məlumat verilib.
“Ukraynanın Belqorod vilayətində təxribatının məqsədi diqqəti Baxmut istiqamətindən yayındırmaq, Ukrayna tərəfinin Baxmutu itirməsinin siyasi effektini minimuma endirməkdir.
Ukrayna diversantlarının Rusiya ərazisindən sıxışdırılıb çıxarılması və bu təxribat qrupunun məhv edilməsi istiqamətində işlər aparılır və bunun üçün kifayət qədər qüvvə və vasitə var.”, - deyə Kremlin bəyanatında deyilir.
Telegram kanalımız