Müharibədə Ukraynanın da günahı var - Braziliya prezidenti

saytların hazırlanması

Evə çatdırılma

Müharibədə Ukraynanın da günahı var - Braziliya prezidenti

Dünya

22 Aprel 2023 21:30 888


Prezident seçkilərindən sonra ilk dəfə Avropaya səfər edən Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın Ukrayna ilə bağlı açıqlamaları yenidən müzakirələrə səbəb olub. 

Yenisabah.az xəbər verir ki, o, Portuqaliyaya səfəri zamanı Kiyev və Moskvanı danışıqlara çağırıb. 

Lula özündən əvvəlki prezident Bolsonaronun 4 illik hakimiyyətindən sonra Braziliyanın Qərblə əlaqələrini bərpa etməyə çalışır, lakin Ukrayna ilə bağlı açıqlamaları narazılığa səbəb olub.  Dördpendirli pizza

Braziliya lideri Lissbonda deyib ki, müharibənin başlamasında Kiyevin də günahı var. 

"Hökumətim Ukraynanın ərazi bütövlüyünün pozulmasını pisləsə də, biz münaqişənin danışıqlar yolu ilə siyasi həllini dəstəkləyirik", - Lula bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!