Dünən Rusiya - Ukrayna müharibəsinin başlanmasının 5-ci ayı tamam oldu. Hər iki tərəfin qarşılıqlı çox sayda itkilər verməsinə baxmayaraq, müharibə hələ də davam edir.
Yenisabah.az-ın əməkdaşı ötən 5 ayda müharibə hansı mərhələləri adlayıb qarşıda bizi nələrin gözlədiyini öyrənmək üçün politoloq İlyas Hüseynovla söhbətləşib.
O ilk növbədə müharibənin gözlənilənin əksi olaraq uzun vaxt davam etməsinin gözlənilməz olduğunu bildirib: Toyuqlu pizza
“Rusiya – Ukrayna müharibəsi artıq 5 aydır davam edir. Müharibənin başında istər proqnozlarda, istər şərhçilərin çıxışlarında müharibənin bu qədər davam etməsi gözlənilmirdi. Bütün ehtimallar Rusiyanın qısa zamanda öz məqsədlərinə çatacağını göstərirdi. Buna baxmayaraq müharibənin gedişi göstərdi ki, danışılan formada Rusiya əslində bir neçə saata bu problemi həll edə bilmədi.
Rusiya tərəfindən 5 ay öncə açıq şəkildə Ukraynaya qarşı müharibə elan edilməsi, eləcə də nüvə müharibəsi təhlükəsi olması vurğulanır və hazırda da bu ehtimallar bu gün də var. Eyni zamanda nəzərə almaq lazımdı ki, nüvə arsenalına müraciət etmək bəşəriyyətin böyük fəlakəti ilə nəticələnə bilər və bu barədə rus ekspertlər də bildirirlər ki, biz ya qalib gələcəyik, ya da hamı uduzacaq. Bu açıq bir təhdid mesajıdır, nüvə müharibəsinə bir işartıdır”.
Ekspert hesab edir ki, bu nüvə müharibəsinin olmaması üçün Rusiyanın qarşısı sanksiyalarla alınmalıdır:
“Dünyanı bu nüvə savaşının və Rusiyanın amansız müharibə aparmasının qarşısının alınması çox önəmlidir. Sanksiyalar, məhdudiyyətlər, təzyiqlər, Lavrova qarşı müxtəlif platformalarda həyata keçirilən kompaniyalar öz nəticəsini verməkdədir. Artıq 7-ci sanksiya paketinin qəbul olunması da Rusiyanın qapısındadır və buna görə onlar müəyyən texniki güzəştlər etməkdədir”.
İ.Hüseynovun ehtimalına görə, bu müharibənin sonu hələ də dünya üçün qeyri müəyyəndir:
“Bu müharibənin sonunun hansı vasitələrlə həll olunmasını biz hələ bilmirik. Bu müharibənin sonlandırılması və sülh müqaviləsinin imzalanmasında qaranti dövlətlər hansılardır və dünyada beynəlxalq hüquq hansı məcrada inkişaf edəcək, bu suallara cavab tapmaq olmur.
Bu xüsusda bir neçə təşəbbüslər də həyata keçirilir. Dünyanı yenidən bölüşdürmək, dünyada yenidən bazarlara nəzarət etmək, maliyyə və iqtisadi resursları ələ keçirmək, təbii resurslara nəzarət etmək, təbii resursun nəqli funksiyasını üzərinə götürmək və digər məsələlər gücləri narahat edir və Rusiya həmin güclərə qarşı da mübarizə aparır. Bunların həlli hazırkı durumda nədən ibarətdir bu hələ də bizim qarşımıza sual olaraq qalır. Hər iki tərəf öz siyasi ambisiyalarından əl çəkmək istəmir.”
Nurlan Cəfəri
Telegram kanalımız