“Müharibəni udmaq qeyri-mümkün idi“ - KTMT-nin keçmiş baş katibi

saytların hazırlanması

Evə çatdırılma

“Müharibəni udmaq qeyri-mümkün idi“ - KTMT-nin keçmiş baş katibi

Rəsmi

08 İyun 2021 12:24 1143


“Bu idbarlar olmasaydı, ümumiyyətlə, müharibə olmayacaqdı”.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu KTMT-nin keçmiş baş katibi general Yuri Xaçaturov bildirib.

Müxalif "Ermənistan" blokunun Qorisdə keçirdiyi mitinqdə o bəyan edib: “Hakimiyyətin kobud səhvləri məğlubiyyətə səbəb olub. Amma onlar deyirlər ki, müharibəni udmaq qeyri-mümkün idi. Bu doğru deyil, bir sıra səhvlər məğlubiyyəti doğurub. Əsas səhv ordunun tam döyüş hazırlığına gətirilməməsi idi. Lələtəpə istiqamətindəki əks-hücum faydasız və hazırlıqsız idi. Bu qədər kobud səhvlər məğlubiyyətə səbəb oldu. Halbuki son 3 ildə zəifləyən bir ordu qalib gələ və ya ən pis halda, düşməni dayandıra bilərdi”. pizza

Yuri Xaçaturovun sözlərinə görə, Paşinyan hökuməti müharibənin baş verməsini istəmir. “Amma ölkəni bu hala gətirən idbarlar olmasaydı, ümumiyyətlə, müharibə olmamalı idi”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!