“Münaqişənin yeganə həlli Qarabağın Azərbaycana qaytarılmasıdır“  - İranlı səfir
01 Okt 2020 17:15
432

“Münaqişənin yeganə həlli Qarabağın Azərbaycana qaytarılmasıdır“ - İranlı səfir

"Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu Qarabağ və ətraf 7 rayonun Azərbaycana qaytarılmasıdır".

Yenisabah.az xəbər verir ki, bunu İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin "Facebook" səhifəsində yazıb.

M.Pakayin qeyd edib ki, beynəlxalq hüquq normalarına əsasən, Ermənistan tərəfindən Dağlıq Qarabağın rəsmən tanınması mümkün deyil. Onun sözlərinə görə, buna əsasən, bu işğalçılıq daha uzun müddətə davam edə bilməz: "İndiyədək müxtəlif dairələr tərəfindən münaqişənin həllinə dair vasitəçilik missiyaları müsbət nəticəyə çatmayıb. Unutmayaq ki, İran ərazisi İraq tərəfindən işğal olunduğu zamanda da, işğalçılığın davam etdiyi zamanadək İran işğalçı tərəflə müzakirəni qəbul etməyəcəyini israrla bəyan edirdi. Hazırda da Azərbaycan dövləti işğal olunmuş ərazilərin azad edilməsini müzakirələrin ilkin şərti olaraq vurğulayır".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər