Mundialın ən maraqlı görüşü: İngiltərə oynadı, hamı zövq aldı

saytların hazırlanması

Evə çatdırılma

Mundialın ən maraqlı görüşü: İngiltərə oynadı, hamı zövq aldı

İdman

18 İyun 2026 13:43 215


Azarkeşlər arasında keçirilən rəy sorğularına əsasən, İngiltərə-Xorvatiya matçı hələlik mundialın ən maraqlı oyunu seçilib.

“Yeni Sabah” xəbər verir ki, qapılara 6 qolun vurulduğu qarşılaşma tamaşaçıların böyük marağına səbəb olub.

Çempionatın digər görüşlərindən fərqli olaraq, tərəflərin açıq futbol oynadığı matçda İngiltərə millisi rəqibini 4-2 hesabı ilə məğlub etməyi bacarıb. pizza sifarişi

“Üç aslan” qazandığı inamlı qələbə sayəsində futbol analitikləri tərəfindən yenidən favoritlər arasında göstərilib.

İngiltərə seçməsinin sabiq cinah müdafiəçisi Qarri Nevl həmyerlilərinin xorvatlara qarşı xüsusən 2-ci hissədəki performansını xeyli tərifləyib:

“Əminəm ki, bizim uşaqlar Xorvatiya ilə matçın 2-ci hissəsinin ilk 15 dəqiqəsində göstərdiyi dominant oyunu sərgiləyə bilsələr, hətta Fransa, Argentina və İspaniyanı da asanlıqla məğlub edə bilərlər. Biz, ingilislərin fiziki davamlılığı və sürət tempi qarşısında heç bir kollektiv tab gətirə bilməz. Hamımız gördük ki, Bellinqem üçün xorvatların mərkəz xəttini darmadağın etmək üçün cəmi 2 epizod kifayət etdi. Favoritlər bizdən çəkinsə, yaxşı olar”.

Xatırlatma: L qrupunun ikinci turu çərçivəsində iyunun 23-də İngiltərə Qana ilə, Xorvatiya isə Panamayla qarşılaşacaq.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!