Müsahibələrdə uğur qazanan uşaqlar üçün məktəb seçimi başlayacaq

saytların hazırlanması

Evə çatdırılma

Müsahibələrdə uğur qazanan uşaqlar üçün məktəb seçimi başlayacaq

Sosial

13 İyun 2023 11:27 478


İyunun 20-dən etibarən tədrisi digər dillərdə aparılan bölmələr üzrə müsahibələrdən uğur qazanan uşaqlar üçün məktəb seçimi prosesinə başlanılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Eyni zamanda, həmin tarixdən iyunun 27-dək “Ankara məktəbi” məktəb-lisey, İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi, İ.Əfəndiyev adına elitar gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli təhsil kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, Zəngi liseyi və 160 nömrəli klassik gimnaziyanın rus bölməsi üçün prioritetlər üzrə üstünlüyü olan uşaqların məktəb seçimi, prioriteti olmayan uşaqlar üçün isə müsabiqələrə qeydiyyat prosesinə başlanılacaq. Dördpendirli pizza

Sözügedən ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə 1-ci siniflərinə prioritetlər üzrə üstünlüyü olan uşaqların qəbulu müsabiqədənkənar aparılır. Bunun üçün valideyn elektron sistemdə övladı üçün prioritetlər üzrə sorğu yerləşdirməlidir.

Bakı Avropa liseyi, Respublika incəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbinin 1-ci siniflərinə həm Azərbaycan bölməsi, həm də rus bölməsi üzrə qəbul yalnız müsabiqə yolu ilə aparılır. Həmin müəssisələr üçün də müsabiqələrə yazılma aktiv olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!