Ötən həftə yumorist Müşviq Şahverdiyev ata olub.
"Yeni Sabah" xəbər verir ki, o, “X maqazin” verilişinə açıqlamasında bildirib ki, hələ də oğlunu görmədiyib:
“Ata olsam da, hələ ki, o hissləri tam yaşaya bilmirəm. Övladımı ancaq şəkildə və videoda görmüşəm. Həyat yoldaşım Ukraynada təhsil alır. Ailəsi də orada yaşayır. Aspirantdır, 8 ildir oxuyur, 2 ili qalıb. Biz dekabr ayında imtahanlardan ötrü oraya getdik. Qayıdanda isə onun təyyarəyə minməsinə icazə vermədilər. O, ailəsinin yanında qaldı, mən isə tək qayıtmalı oldum. Anam ad günü idi, evə gələndən sonra xəbər gəldi ki, ata olmusan. Oğlum mənim ilə eyni ildəndir. Fikirəşirəm ki, onu qucağıma götürəndə hansı hissləri yaşayacağam”. Pepperoni pizza
Qeyd edək ki, aktyor oğlunun adını Murad qoyub.
Telegram kanalımız