Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Müstəqim Məmmədovu kimlər himayə edir?
01 İyn 2021 08:13
1626

Müstəqim Məmmədovu kimlər himayə edir?

“Tərtərin icra başçısının vətəndaşlarla hörmətsiz, qul kimi davranması barədə illərdir dastanlar gəzir”.

“Yeni Sabah” xəbər verir ki, bu fikirləri tanınmış hüquqşünas Aslan İsmayılov Tərtərin icra başçısı Müstəqim Məmmədovdan və onun əməllərindən bəhs edərkən deyib. A.İsmayılov, icra hakimi ilə bağlı daha sonra bunları qeyd edib:

“Aprel döyüşlərindən sonra Prezidentin Tərtərdə zərər çəkmiş evlərə ayırdığı milyonlarla pulun başçı tərəfindən yeyilməsindən tutmuş rayonda villasına baxan məktəb pəncərələrinin daşla hörülməsinə qədər. Başa düşmürəm, bu qədər özbaşınalıq edən, Qarabağ müharibələrində əsl qəhrəmanlıq nümunəsi olan Tərtər camaatına bu qədər hörmətsizlik edən birisini kimlər himayə edir və gərəkli qurumlar buna niyə göz yumur?!”

Sosial şəbəkədə Müstəqim Məmmədovla bağlı yayılan qalmaqallı son videonu təqdim edirik: 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər