1976-cı ildə çəkilmiş “Dərviş Parisi partladır” filmində əsas rollardan olan “Müsyo Jordan”ın ifaçısı Sergey Yurski vəfat edib.
"Yeni Sabah" xəbər verir ki, 83 yaşlı aktyor uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Sergey Yurski Azərbaycan tamaşaçısının yadında “Şir evdən getdi” filmində ovçu, ekskursiya bələdçisi, qarovulçu, “Qorxma, mən səninləyəm”də pristav, “Görüş yerini dəyişdirmək olmaz”da Qruzdev, “Əlibaba və qırx quldur”da Qasım obrazları ilə qalıb. pizza hut
Telegram kanalımız