Müxalifət qapalı iclas keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Müxalifət qapalı iclas keçirdi

Siyasət

29 Yanvar 2019 16:05 1183


 Azərbaycan Xalq Hərəkatı idarə heyətinin ilk iclası keçirilib.

“Yeni Sabah”  xəbər verir ki, ictimaiyyətə qapalı keçirilən iclasda hərəkatın idarə heyətinin bütün üzvləri iştirak ediblər. İclası giriş sözüylə açan hərəkatın təsisçisi, sabiq daxili işlər naziri İsgəndər Həmidov yanvar ayının 26-da keçirilən təsis qurultayının gözlənildiyi kimi uğurla keçdiyini qeyd edib. İdarə heyətinin digər üzvləri də qurultayı müsbət qiymətləndiriblər. Qarşıda görüləcək fəaliyyət planı, hədəflər müzakirə olunub.

İclasda gündəlik məsələlər müzakirə edilib və bu qərarların icra olunması üçün İH üzvlərinə müvafiq tapşırıqlar verilib. 3 saata yaxın davam edən iclasda qarşıya qoyulan hədəflər, tapşırıqlar yekdilliklə qəbul olunduqdan sonra İsgəndər Həmidov iclası bağlı elan edib. pizza mizza

Qeyd edək ki, Azərbaycan Xalq Hərəkatı yanvarın 19-da  təsis olunub. Yanvarın 26-da isə təşkilatın təsisi elan edilib.

AnTV.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!