Orta aylıq əməkhaqqı 570 manatdan çoxdur
15 May 2019 14:49
241

Orta aylıq əməkhaqqı 570 manatdan çoxdur

Yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,5 faiz artaraq 577,6 manat olub.

Dövlət Statistika Komitəsindən “Yeni Sabah”a bildirilib ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Oxşar xəbərlər