Müğənni Nadir Qafarzadə ilə aktyor Kamran Ağabalayev arasındakı qalmaqal böyüyür.
“Yeni Sabah” xəbər verir ki, ifaçı onun erməni aktyorla eyni serialda rol almasına sərt reaksiya verib.
"Azərbaycanlı kişi aktyor erməni ilə filmə çəkilir. Deyəcəksiniz ki, bu, onun işidir və qonorar alır. Tüpürüm o pula. Ağızdolusu kişilikdən danışır", deyə N.Qafarzadə yazıb. pizza sifarişi
Xatırladaq ki, “Pis qadının başı kəsilməlidir” açıqlaması ilə gündəmə gələn Nadir Qafarzadəni qıyanlar arasında aktyor Kamran Ağabalayev də vardı. O, “botoks dodaqlardan çıxan “kişi pis qadının başını kəsər” ifadəsi bir az şey çıxır, yəni zad çıxır!”, - yazaraq ifaçını lağa qoymuşdu.

Əsmətxanım
Telegram kanalımız