Nadir Qafarzadə saatını 24 min manata satdı – Video

saytların hazırlanması

Evə çatdırılma

Nadir Qafarzadə saatını 24 min manata satdı – Video

Şou

30 Yanvar 2021 11:03 2094


Müğənni Nadir Qafarzadə pandemiya ərəfəsi çəkdiyi maddi sıxıntılardan danışıb.

Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Həmin Zaur” proqramının qonağı olan ifaçı dostlarından da gileylənib:

“Zəng edirdilər ki, necəsən? Necə olacağam bir ildir işləmirəm, pul qazanmıram. Amma siz qazanırsınız. Bunu ona görə demirəm, nəsə ummuram. Bir söz var, qarnım üçün deyiləm, qədrim üçünəm. Onsuz da hər zaman öz ayaqlarımın üstündə dayanmağı bacarmışam, Allah məni darda qoymayıb”. Dominos pizza

Karantin müddətində qızıl saatlarını satmağa məcbur qalan Nadir həmin pulu qazilərlə bölüşdüyünü bildirib:

“Rolex” markalı iki saatlm var idi, qızıl, brilliantlarla. Onları satdım. 24 min manatlıq saatı 12 minə satdım. Onu da tək yemədim qazilərimizlə bölüşdüm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!