Səhhətində problem yaranan və xəstəxanaya yerləşdirilmiş Xalq artisti Naibə Allahverdiyeva artıq evə buraxılıb.
Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, aktrisa hazırda vəziyyətinin yaxşı olduğunu deyib:
"Müalicələrim evdə davam edir. Xəstəxanada qalmaq istəmədim. Öz istəyimlə məni evə buraxdılar. Çünki orada qala bilmirəm, ürəyim sıxılır. İndi bilmirəm necəyəm, hələ ki, müalicə alıram. Heç xəstəliyimin səbəbini də bilmirəm". pizza hut
Telegram kanalımız