Narkoloji Dispanserdə testdən keçmədən pulla arayış verilir - VİDEO

Narkoloji Dispanserdə testdən keçmədən pulla arayış verilir - VİDEO

Sosial Veb saytların hazırlanması

26 May 2023 12:53 588


Azərbaycan Respublikası Narkoloji Dispanserində vətəndaşların heç bir testdən keçmədən arayış alması ilə bağlı məlumatlar yayılıb.

Yenisabah.az xəbər verir ki, iddialarla bağlı Baku TV-nin çəkiliş qrupu dispanserdə olub və süjet hazırlayıb.

Süjetdən görünür ki, müxbir gizli çəkiliş edərək saxta arayış ala bilir və buna görə xəstəxana personalına 10 AZN ödəniş edir.

Həmçinin Mərkəzin direktoru Qalib Məmmədov arayış almaq üçün hər hansı məbləğ alındığını təkzib edib. Arayış yazan əməkdaş otağa dəvət edilib, lakin o, arayış üçün pul istədiyini inkar edib.

Ətraflı süjeti təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!