“Narkomanlar yaşadığım binanın blokunda yuva qurublar” - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Narkomanlar yaşadığım binanın blokunda yuva qurublar” - VİDEO

Şou

31 Avqust 2023 15:20 756


Tanınmış aktyor Elcan Rəsulov yaşadığı binanın blokunun narkomanların yuvasına çevrilməsindən şikayətlənib. 

Yenisabah.az xəbər verir ki, şəhərin mərkəzində yaşadığını bildirən aktyor blokun acınacaqlı vəziyyətdə olduğunu deyib və görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

“Şəhərin mərkəzində binaların blokuna baxın. Bura narkomanlar gəlir. İşıq sayğaclarının altında isə narkomanların istifadə etdiyi şprislər var. Çox bərbad vəziyyət. Necə edək? Kimə deyək?” - deyə Rəsulov qeyd edib.  Sezar pizza

Aktyorun sözügedən paylaşımından sonra polis məsələyə dərhal reaksiya verib: 

"Başda Bakı şəhər Polis İdarəsi olmaqla, ərazi üzrə 26-cı polisbölməsinin bütün əməkdaşlarına binamızın sakinləri adından təşəkkür edirəm. Həmişə olduğu kimi, məsələyə anında yalnız polis reaksiya verdi. Nə yerli İcra orqanından, nə bələdiyyədən, nə də MKİS-dən bir nəfər belə gəlmədi, demədilər ki, bura bizim ərazidir, görəsən, niyə bu gündədir? Yaxşı ki, ölkənin polisi var, yoxsa özümüz deyib, özümüz də eşidərdik". 

Əsmətxanım

Həmin görüntüləri təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!