Paytaxtın Binəqədi rayonunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan sürücü saxlanılıb.
"Yeni Sabah" xəbər verir ki, axtarışda olan İsrafil Əliyev atasına məxsus "Hyundai" markalı, 99-QP-750 dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitənin təsiri altında idarə edib.
Sürücü barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Marqarita pizza
Məhkəmənin qərarı ilə İsrafil Əliyev narkotik vasitələrin qanunsuz istehlakı və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqda təqsirli bilinərək 30 sutka müddətinə inzibati qaydada həbs edilib.
Telegram kanalımız