Naser Kənani: “XİN rəhbərlərinin telefon danışığı müsbət haldır“

saytların hazırlanması

Evə çatdırılma

Naser Kənani: “XİN rəhbərlərinin telefon danışığı müsbət haldır“

Dünya

17 Aprel 2023 13:01 661


"Sionist rejim (İsrail - red.) İran və Azərbaycan Respublikasının düşmənidir"

Yenisabah.az "Təsnim"ə istinadla xəbər verir ki, bunu İran XİN-in sözçüsü Naser Kənani deyib.

Mətbuat katibi qeyd edib: "İran və Azərbaycan Respublikası arasında münasibətlərin düşmənləri var və sionist rejim iki ölkənin düşmənlərindən biridir. Bu rejimin təkcə iki ölkə arasındakı münasibətlərə deyil, o, ümumən İslam ölkələrinin münasibətlərinə təfriqə və qeyri-sabitlik yaratmağa çalışır, ixtilafları qızışdırmaq cəhdi göstərir". pizza

N. Kənani əalvə edib: "İranın vurğusu mehriban qonşuluq, dostluq münasibətləri və qarşılıqlı hörmətə əsaslanan münasibətlərə və ümumi maraqlara diqqət yetirməkdir. Bəzi insanların iki ölkə arasında fikir ayrılığı yaratmaqdan faydalanması ilə bağlı eyni narahatlığı dərk edən İran münasibətləri idarə etmək üçün siyasi və diplomatik yanaşmadan istifadə etdi ki, xoşbəxtlikdən bunun nisbi uğurunun şahidi oluruq".

Sözçü xarici işlər nazirləri arasında üç raund telefon danışığını müsbət hal kimi dəyərləndirib: "Mövcud vəziyyətin aradan qaldırılması və iki ölkə arasında gərginliyin azaldılması üçün ümumi yanaşmaya nail olduq və buna əsaslanaraq, addımlarımızı atdıq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!