Müğənni Natəvan Həbibi şou proqramlardan birində öz biznesi və gəlir mənbəyi barədə danışıb.
Yenisabah.az xəbər verir ki, müğənni öz biznesi olduğunu, musiqiyə isə təbi gələndə üz tutduğunu deyib.
O bildirib: "Yalnız istədiyim və tanıdığım insanların toylarına gedirəm və orada çıxış edirəm. Restoranlarda konsert proqramları ilə çıxış edirəm, amma şou proqramlara getmirəm. Qonorarsız iş görmürəm. Sponsor və təşkilatçılardan gələn gəlir qonorardan çox olur. İstəyərəm ki, aktrisa kimi də fəaliyyət göstərim. Bununla bağlı təkliflər var. Xoşuma gəlsə, bəlkə təklifi qəbul edərəm". pizza sifarişi
Telegram kanalımız