Natiq Cəfərlidən kart limiti ilə bağlı xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Natiq Cəfərlidən kart limiti ilə bağlı xəbərdarlıq

İqtisadiyyat

03 Avqust 2026 16:38 183


İqtisadçı ekspert Natiq Cəfərli ölkədə kartdan- karta ödəniş əməliyyatlarına tətbiq edilən məhdudiyyətlərlə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

“Yeni Sabah” xəbər verir ki, ekspertin sözlərin görə, indiyədək vətəndaşlar vəsaitlərini bank kartlarında saxlayaraq rahat şəkildə kartdan-karta köçürə bilirdilər. Onun sözlərinə görə, bu cür məhdudiyyətlərin qeyri-rəsmi əməliyyatların və vergidən yayınma hallarının qarşısını alacağı düşünülürsə, nəticə əksinə ola bilər:

“İnsanlar kartda pul saxlamaq əvəzinə vəsaitlərini bankomatlardan nağdlaşdıraraq istifadə etməyə üstünlük verəcəklər. Bu isə nağdsız ödənişlərin inkişafına mənfi təsir göstərə və dövriyyədə nağd pulun artmasına səbəb ola bilər”. Dördpendirli pizza

Ekspert vurğulayıb ki, vergi və digər problemləri məhdudiyyətlər tətbiq etməklə deyil, problemin kök səbəblərini müəyyən edib aradan qaldırmaqla həll etmək mümkündür.

Qeyd edək ki,  Azərbaycanda avqustun 1-dən bank kartları ilə kartdan-karta əməliyyatlara limit tətbiq edilib. Azərbaycan Banklar Assosiasiyasının (ABA) məlumatına görə, tətbiq olunan limit bütün kartdan-karta köçürmələrə şamil edilmir. Risk əsaslı yanaşmaya uyğun olaraq, yaxın qohumlara məxsus kartlar arasında köçürmələr, eləcə də müştərinin əməliyyatları əsaslandırıldığı və risk profilinə uyğun olduğu hallarda məhdudiyyətlər tətbiq olunmur. Bundan başqa, hazırkı mərhələdə kartlardan çıxarış (məxaric) əməliyyatları üzrə hər hansı limit nəzərdə tutulmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!