Natiq Nuriyevin ailəsindən etiraz: “Nəyinə paxıllıq edəcəkdi ki?“ - Video

saytların hazırlanması

Evə çatdırılma

Natiq Nuriyevin ailəsindən etiraz: “Nəyinə paxıllıq edəcəkdi ki?“ - Video

Şou

14 Dekabr 2022 17:20 1050


Əməkdar artist Natiq Nuriyevin xanımı Elnarə Nuriyeva "Elgizlə izlə" verilişinə telefonla bağlanaraq, əri ilə bağlı iddialar münasibət bildirib.

Yenisabah.az axşam-a istinadla xəbər verir ki, müğənni Vüqar Muradovun mərhum ifaçı Elçin Cəlilovu narkotikə qurşandıran şəxsin Natiq Nuriyev olduğunu açıqlayıb.

E.Nuriyeva bununla bağlı deyib: "Bir insana hörmət edə bilinmirsə, ona pislik də edilməməlidir. O cür yaşlı insana, ailə başçısına, babaya bu, edilməməlidir. Natiqin təzyiqi qalxıb, üstünə təcili yardım gəlib. 10 il əvvəl Lalə Dadaşova bu söz-söhbəti bir toyda danışıb. pizza

Vüqarla məclisdə neçə dəfə üz-üzə gəliblər, niyə nəsə deməyib? Deyir ki, Natiq Elçinə paxıllıq edib. Nəyinə paxıllıq edəcək? Elçin skripkaçıdır? Natiq oxuyandır? Elçindən az pul qazanırdı Natiq? Natiqlə Elçinin belə bir münasibəti olmayıb. Haradasa toyda görüşüblərsə, o demək deyil, kimsə kimdənsə nəsə öyrənib?

Elçinin qardaşı da eyni haldan rəhmətə gedib. Ailəlikcə belədirlərsə, bəlkə, o, Natiqi pis yola çəkib".

Qeyd edək ki, Vüqar "Elgizlə izlə" proqramında mərhum müğənni Elçin Cəlilovu ifaçının narkotikə qurşanmasına səbəbkarın Natiq Nuriyev olduğunu söyləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!