NATO-ya üzv ölkələr 2014-cü illə müqayisədə ümumi hərbi xərclərini 350 milyard dollar artırıb.
Yenisabah.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
O bildirib: “2022-ci il müdafiə xərclərini artırdığımız səkkizinci il olacaq. 2014-cü ildən müdafiəyə xərclədiyimiz əlavə pul ilin sonuna kimi 350 milyard dollara çatacaq”. Dördpendirli pizza
Stoltenberqin sözlərinə görə, NATO ölkələri müdafiə xərclərini artırmağa davam etməlidir.
“ÜDM-in 2 faizinin ayrılmasına üstünlük yox, minimum kimi baxmaq lazımdır”, – deyə o əlavə edib.
Qeyd edək ki, NATO-nun hesablamalarına görə, 2021-ci ildə alyansın 30 ölkəsinin ümumi hərbi büdcəsi 1,05 trilyon dollar təşkil edib.
Telegram kanalımız