28 May - 18:22
“NATO qoşunlarını Ukraynaya yerləşdirməyəcək” - Stoltenberq

“NATO qoşunlarını Ukraynaya yerləşdirməyəcək” - Stoltenberq

Dünya

28 Yan 2022 21:11


NATO öz silahlı qüvvələrini Ukraynaya yerləşdirməyəcək. NATO-nun kollektiv təhlükəsizliklə bağlı Vaşinqton sazişinin 5-ci maddəsi üzv ölkələrə şamil edilir.

Yenisabah.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq onlayn konfransda çıxışı zamanı deyib.

“NATO-nun öz ərazisini mühafizə etməsi ilə Ukraynaya hərbçi hazırlığında kömək etməsi və silah göndərməsini dəqiq fərqləndirmək lazımdır", - deyə Baş katib əlavə edib.

Stoltenberq vurğulayıb ki, Rusiya öz sərhədlərində daha az NATO qüvvəsi görmək istəyir, amma Ukraynaya hücum olacağı təqdirdə bunun tam əksi baş verəcək.

NATO rəhbəri Alyansın Ukrayna ətrafındakı gərginliyin diplomatik yolla həllinin tərəfdarı olduğunu qeyd edib.


Youtube kanalımız


Digər xəbərlər