NATO və Rusiya arasında qaynar əlaqə yoxdur - XİN

saytların hazırlanması

Evə çatdırılma

NATO və Rusiya arasında qaynar əlaqə yoxdur - XİN

Dünya

23 Mart 2023 18:20 704


Rusiya ilə NATO arasında təmaslar kəsilib, lakin müasir dünyada onları texniki cəhətdən təşkil etmək, o cümlədən hərbi insidentlərin qarşısını almaq imkanı həmişə var.

Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

O deyib: "İndi kanallar (kommunikasiyalar) kəsilib. Hər halda, 21-ci əsrdə yaşayırıq və lazım gələrsə, telefonu götürüb zəng edə bilərsiniz". Sezar pizza

Qluşkonun sözlərinə görə, Rusiya və NATO arasında, bir növ, “qaynar xətt” Qara dəniz üzərində Amerika pilotsuz təyyarəsinin vurulduğu vaxta bənzər insidentlərin qarşısını almağa kömək edə bilər.

Nazir müavini bildirib ki, problem ondadır ki, indiki halda Qara dənizdə insident baş verəndə bu, qəsdən törədilmiş hadisədir:

"Bu, tamamilə təxribat xarakterli davranış idi".

A. Qruşko vurğulayıb: "Əlbəttə, "isti telefon" ola bilər. Amma şüurlu şəkildə təxribat törətmək qərarı verilsə, heç bir "isti telefonlar" kömək etməyəcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!