Naxçıvan dünyanın 25 əsrarəngiz guşəsi siyahısında

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvan dünyanın 25 əsrarəngiz guşəsi siyahısında

Dünya

29 Yanvar 2019 18:11 1215


Böyük Britaniyanın məşhur “The Telegraph” qəzeti öz internet səhifəsində dünyanın 25 əsrarəngiz guşəsinin siyahısını verib. 

“Yeni Sabah” xəbər verir ki, bu məkanların sırasında Naxçıvan Muxtar Respublikası da var. Muxtar respublika haqqında “Tanımadığımız Naxçıvan” başlıqlı qısa məlumatda oxuculara  “Siz Naxçıvan Muxtar Respublikası haqqında nəsə eşitmisinizmi?”- deyə müraciət edilir. Sonra isə bu yerin Türkiyə, İran və Ermənistanla sərhəddə yerləşən və Azərbaycana məxsus olan ərazi olduğu, Nuh peyğəmbərin vətəni sayıldığı diqqətə çatdırılır. Müqəddəs  Quranda adı çəkilən əfsanəvi Əshabi-Kəhf mağarası, 12-ci əsrə aid abidələr, o cümlədən keçmiş SSRİ-nin xüsusi xidmət orqanlarında zabit kimi uğurla xidmət edərək  Azərbaycan Respublikasının Prezidenti kimi yüksək məqama çatan Heydər Əliyev muzeyi Naxçıvanın gəzməli və görməli yerləri olaraq göstərilir. 

“The Telegraph” həmçinin səyahət həvəskarı olanlara bu istiqamətdə 2019-cu ilin aprel ayından 6 günlük  səfər turları da təklif edir. Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!