Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı gündəmə gətirdiyi əsas məsələlərdən biri muxtar respublikanın enerji potensialı və gələcəkdə elektrik enerjisinin ixracı olub.
Bu fikirləri deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, hazırda Naxçıvanda əhalinin illik elektrik enerjisi istehlakı 147 milyon kVt-saatdır:
“2020-ci ildən sonra əhalinin elektrik enerjisi istehlakı 16% artıb. Naxçıvanda sənaye istehsalının genişlənməsi də enerji tələbatını artırır. Hazırda muxtar respublikada 130 sənaye müəssisəsi fəaliyyət göstərir. 2020-ci ildə bu göstərici 109 olub. Zəngəzur dəhlizinin və TRIPP-in istifadəyə verilməsi ilə Naxçıvanın enerji ixracı baxımından da strateji mövqeyinin güclənməsi gözlənilir. Gələcəkdə Naxçıvan üzərindən elektrik enerjisinin Avropa İttifaqı ölkələrinə ixracının mümkün olacağı bildirilir”. Marqarita pizza
Cəlalə
Telegram kanalımız