Naxçıvana ayrılan 258 milyon manatın   aqibəti bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvana ayrılan 258 milyon manatın aqibəti bəlli oldu

İqtisadiyyat

13 Avqust 2026 15:26 44


Prezident İlham Əliyevin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı üçün 258 milyon manat vəsait ayrılacaq.

“Yeni Sabah” xəbər verir ki, deputat Vüqar Bayramov ayrılan vəsaitin Naxçıvanda bir sıra mühüm infrastruktur və sosial layihələrin həyata keçirilməsinə yönəldiləcəyini açıqlayıb:

“Vəsait hesabına Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi, 26 yaşayış məntəqəsini əhatə edən 420 kilometr yolun əsaslı təmiri nəzərdə tutulur. Bu yolların əhatə etdiyi ərazilərdə ümumilikdə 156 min nəfər yaşayır. Bununla yanaşı, Naxçıvan Dövlət Universitetində 1000 yerlik tələbə yataqxanası, 640 yerlik 5 yeni uşaq bağçası inşa ediləcək. Həmçinin 161 yaşayış binası və istilik qazanxanaları əsaslı təmir olunacaq”. Toyuqlu pizza

Deputatın sözlərinə görə, 258 milyon manatlıq maliyyə dəstəyi Naxçıvanın sosial-iqtisadi inkişafını sürətləndirəcək və bölgədə infrastrukturun yenilənməsinə ciddi töhfə verəcək.

Vüqar Bayramov qeyd edib ki, institusional və kadr islahatlarının genişləndirildiyi Naxçıvan yeni mərhələdə regional kommunikasiyaların mühüm mərkəzlərindən birinə çevrilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!