Naxçıvanda mikroavtobus dərəyə aşdı, xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda mikroavtobus dərəyə aşdı, xəsarət alanlar var

Hadisə

15 İyun 2025 17:44 412


Naxçıvanda mikroavtobus dərəyə aşıb, 4 nəfər xəsarət alıb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Naxçıvan-Batabat magistral yolunun Şahbuz rayonu Kolanı kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 67-BF-243 dövlət nömrəli nişanlı "Mercedes" markalı mikroavtobus idarəetməni itirib. Yoldan çıxaraq dərəyə aşan mikroavtobusda olan sərnişinlərdən 4 nəfər xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasında yerləşdiriliblər. pizza

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!