Naxçıvanda yeni laboratoriya binasının tikintisinə milyonlar ayrıldı

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda yeni laboratoriya binasının tikintisinə milyonlar ayrıldı

İqtisadiyyat

14 Oktyabr 2026 09:00 62


Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi regionda qida təhlükəsizliyi nəzarətinin və laborator müayinə imkanlarının gücləndirilməsi məqsədilə yeni laboratoriya binasının tikintisi üzrə satınalma prosedurunu həyata keçirir.

“Yeni Sabah” xəbər verir ki, sözügedən tikinti və quraşdırma işlərinin icrası üçün ayrılan məbləğin ümumi maliyyə dəyəri 5 994 998,26 AZN təşkil edir.

Müasir standartlara cavab verəcək yeni laboratoriya binasının istifadəyə verilməsi muxtar respublikada qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin daha operativ və dəqiq analizi üçün geniş şərait yaradacaq. pizza sifarişi

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!