“Naxçıvanın işğal olunmuş kəndi Azərbaycana qaytarılacaq”   - Erməni politoloq

saytların hazırlanması

Evə çatdırılma

“Naxçıvanın işğal olunmuş kəndi Azərbaycana qaytarılacaq” - Erməni politoloq

Siyasət

04 Yanvar 2021 11:28 1872


Ermənistanlı politoloq Qrant Məlik Şahnazaryan yeni açıqlama ilə çıxış edib.

Yenisabah.az xəbər verir ki, o, Zəngəzurda gedən delimitasiya və demarkasiya prosesləri fonunda Naxçıvanın işğal olunmuş Kərki kəndinin də Azərbaycana qaytarılacağını söyləyib. Onun fikrincə, Paşinyan hökuməti planlı şəkildə həmin əraziləri hissə-hissə qaytarır.

“Zəngəzurun Şurnux kəndindən sonra Ararat vilayətinin Tiqranaşen kəndi (Kərki) də Azərbaycana qaytarılacaq” – deyə Məlik Şahnazaryan açıqlama verib. Dominos pizza

Xatırladaq ki, Sədərək rayonunun inzibati tərkibinə daxil olan Kərki kəndi 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal olunub. Kəndin adı Tiqranaşenə dəyişdirilərək, Ararat vilayətinin tərkibinə daxil edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!