Nazilə Səfərlidən “Arzum”a dəstək: “Qız durduğu yerdə işə düşmüşdü”

saytların hazırlanması

Evə çatdırılma

Nazilə Səfərlidən “Arzum”a dəstək: “Qız durduğu yerdə işə düşmüşdü”

Şou

23 İyul 2026 14:54 58


Nazilə Səfərli ev dustaqlığına buraxılan tiktoker "Arzum"la bağlı paylaşım edib.

Yeni Sabah xəbər verir ki, o, “Instagram” hesabının hekayə bölməsində məhkəmənin qərarını "ədalətli" adlandıraraq hakimə təşəkkürünü bildirib:

“Arzum", sənə görə çox nigaran idik. Ədalətli qərar üçün hakimlərə təşəkkür edirəm! Xalq ayağa qalxdı, amma bu tək sənin üçün deyildi. Hamı bu yol qəzasında özünü müdafiə etdi. Hamının başına gələ bilər. Ev dustaqlığı da olsa, əsas balalarının yanında ol. Allah hamımızı mərdiməzarlardan uzaq eləsin”. Dördpendirli pizza

N.Səfərli paylaşımının davamında hadisə zamanı zərərçəkənin vəziyyətinə də toxunub:

“Qız durduğu yerdə işə düşmüşdü. Şükr Allaha”.

Xatırlatma: “Arzum” ləqəbi ilə tanınan bloqer İlduzə Hacıyeva iyulun 22-də ev dustaqlığına buraxılıb. o, Xəzər Rayon Məhkəməsinin hökmü ilə 5 il 2 ay müddətə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunmuşdu.

Hadisə 2025-ci ilin iyununda Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!