Şairə Nazilə Səfərlinin Kəlbəcərə qanunsuz yolla keçdiyinə görə həbs edilməsinə dair sosial şəbəkələrdə məlumat yayılıb.
Yenisabah.az xəbər verir ki, “Qafqazinfo” hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinə sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, Nazilə Səfərlinin həbs xəbəri həqiqəti əks etdirmir: pizza hut
“Nazilə Səfərlinin həbs edilməsi barədə xəbərlər həqiqətə uyğun deyil. O, bir neçə nəfər şəxslə birgə qanuna müvafiq şəkildə portalda qeydiyyatdan keçməklə işğaldan azad edilmiş ərazilərə səfər edib”.
Telegram kanalımız