Nazilə Səfərliyə kələk gəlmək istədilər, alınmadı

saytların hazırlanması

Evə çatdırılma

Nazilə Səfərliyə kələk gəlmək istədilər, alınmadı

Şou

19 Oktyabr 2023 12:06 567


Şairə Nazilə Səfərli özünü "Kapital Bank"ın əməkdaşı kimi təqdim edən Zöhrab Ağayev adlı şəxs tərəfindən aldadılıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə o, "Instagram" səhifəsində paylaşım edib.

N.Səfərli vətəndaşlara çağırış ünvanlayıb: "Hər halda bu, təkcə mənim başıma gəlməyib. Özünü "Kapital Bank"ın əməkdaşı kimi təqdim edən Zöhrab Ağayev adlı şəxs mənə Şri-Lanka nömrəsi ilə zəng edib. O bildirdi ki, mənim bank kartıma hansısa 77 nömrəsi ilə müdaxilə olunub. Sual verdilər ki, bu, sizə tanış deyil? Dedim ki, yox. Toyuqlu pizza

Qarşımdakı insan fikrini ifadə edəndə dinləmə qabiliyyətim var. Onu tam dinlədim. Sözündən belə çıxdı ki, kartıma müdaxilə olunub, kartımdan pul çəkilir.

Dedim ki, Zöhrab Ağayev, mənim, ümumiyyətlə, "Kapital Bank"da hesabım olmayıb, "Kapital Bank"la heç bir əlaqəm yoxdur. Dərhal sağollaşdı, dəstəyi asdı. Başa düşdüm ki, təzə fırıldaq növləri gəlib bizə qədər çatıb. Ehtiyatlı olun. Bu barədə lazım olan yerlərə məlumat vermişəm. Amma sizə belə bir zəng gəlsə, nəbadə kartınızın seriyasını, 3 rəqəmi göstərəsiniz...". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!