"Əgər bu gün müştəri məni və qarşı tərəfi (Nazilə Səfərli - red.) xına məclisində görmək istəyirsə, burada heç bir problem yoxdur. Səhnə səhnədir! Lazım olsa, məclisdə onun adını çəkib, təqdim edə bilərəm. Lazım olsa, qarşı tərəf də özünə yaraşan kimi məni təqdim edər. O isə "yüksək" təqdimat istəyir".
Yenisabah.az Bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "ARB" televiziyasına müsahibəsində deyib.
O bildirib: "Xınanı gəlinin başına aparıcı çəkmir. Xınanı bəy tərəfin başı bütöv, övladlarına yarıyan bir xanım çəkməlidir. Yəni bizlik deyil. Nazilə deyir ki, o, məndən cavan və bir neçə bayram kiçikdir".
Fatimə Naziləni ömür boyu xına üstündə dava etməkdə ittiham edib:
"Onsuz da ömür boyu Nazilə xına davası edir. O, xına davası aparır.
Nazilə ilə heç zaman dost olmamışam. O, məclisə pulsuz getməyib. Qonorarını alıb. Əslində, o qonorarı almağa mən gedəcəkdim. Ona həmin qonorarı verdim. Bir müddət sonra Nazilə başıma vurdu ki, mən o qiymətə getmirdim. Bilmirəm, Nazilə hansı qiymətə gedir... Məni o qədər əzən insanlar var ki... Elə o insanlardan biri də Nazilədir. O məni heç vaxt əzə bilməz".
Telegram kanalımız