Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı

saytların hazırlanması

Evə çatdırılma

Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı

Sosial

29 Mart 2024 14:04 213


Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bu gün Nərimanov rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və Nazim Bəydəmirli barəsində həbs qətimkan tədbirinin müddəti 1 ay uzadılıb.

Sabiq deputat Nazim Bəydəmirliyə Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Dördpendirli pizza

Daha sonra isə istintaq orqanı tərəfindən Nazim Bəydəmirli barəsində hədə-qorxu təkrarən tələb etmə (182.2.2-ci) maddəsi ilə yenidən ittiham irəli sürülüb.

Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Qeyd olunub ki, vətəndaş polisə müraciət edərək N. Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, iyunun 24-də N. Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. N. Bəydəmirli bu müraciət əsasında saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!